02 iyul 2024 13:13
159

Məktəbyaşlı uşaqların 90%-dən çoxu üçün məktəb və müəllim seçimi edilib

Bu günə qədər www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə məktəbyaşlı uşaqların 90%-dən çoxu üçün məktəb və müəllim seçimi edilib.

“İki sahil” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Elm və Təhsil Nazirliyi, MÜTDA və regional təhsil idarələrinin birgə əməkdaşlığı nəticəsində bütün valideynlər üçün övladlarına məktəb seçimində əlçatanlığın təmin edilməsi həyata keçirilir.