02 iyul 2024 21:58
172

Vilnüs şəhərinin evakuasiya planı hazırlanıb

Litva iqtidarı ölkə paytaxtının müdafiəsi üçün plan hazırlayıb, təklif olunan tədbirlər arasında Vilnüs şəhərinin evakuasiyası da var.

“İki sahil” “Delfi”yə istinadla xəbər verir ki, bu barədə şəhər meri Valdas Benkunskas danışıb.

“Vilnüs paytaxtdır, ona görə də əsas hədəfdir. Şübhəsiz ki, Belarus sərhəddinin yaxınlığında yerləşirik. Vilnüsdən bir neçə kilometr aralıda Ostrovets Atom Elektrik Stansiyası var ki, bu da təhlükədir”, – o söyləyib.

Onun sözlərinə görə, zərurət yaranarsa, şəhərin boşaldılması altı istiqamətdə qərbə və cənuba gedən yollar boyunca aparılacaq. Dəqiq marşrutlar müxtəlif şərtlərdən, məsələn, şəhərdə körpülərin qalıb-qalmamasından asılı olacaq.