02 iyul 2024 22:53
181

Suriyada əlavə addımların atılması mümkündür - Ərdoğan

Suriyada sülhə xidmət edəcək əlavə addımların atılması mümkündür.

“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Qonşu Suriyada 13 ildən artıqdır davam edən və 1 milyon insanın həyatına son qoyan münaqişənin siyasi həllini tapmağa çox çalışdıq. Sülhə və əmin-amanlığa xidmət edəcək əlavə addımların atılması mümkündür”, - Ərdoğan vurğulayıb.