03 iyul 2024 00:57
187

Debat günü Bayden heç bir dərmanın təsiri altında olmayıb - AÇIQLAMA

Ağ Ev ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçkilərdəki rəqibi Donald Trampla debatdan sonra səhhətini şərh edib.

“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, bu haqda Ağ Evin rəsmi nümayəndəsi Karine Jan-Pyer danışıb.

Onun sözlərinə görə, Bayden hələ də soyuqdəymədən tam sağalmayıb, lakin o, demensiyadan əziyyət çəkmir və koqnitiv qabiliyyətlərinin yoxlanılmasına ehtiyac yoxdur. Bununla yanaşı, Jan-Pyer Trampla debat günü Baydenin heç bir dərmanın təsiri altında olmadığını vurğulayıb.

Qeyd edək ki, daha öncə Trampla debat zamanı Baydenin səhvlərə yol verdiyi, açıqlamalarının aydın olmadığı, tədbir boyu boğulduğu, bəzən titrəyirdi və debatdan həyəcanlı ayrıldığı bildirilirdi.