04 iyul 2024 08:53
197

Özbəkistanın mədəniyyət naziri reklama çəkilib? - VİDEO

Sosial şəbəkələrdə Özbəkistanın mədəniyyət nazirinin geyim mağazasının reklamına çəkildiyi video yayılıb.

“İki sahil” Uznews.uz-a istinadla xəbər verir ki, Rəqabətin İnkişafı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Komitəsinin mətbuat xidmətindən bildirilib ki, komitənin əsas vəzifələrindən biri reklamla bağlı qanunvericiliyə nəzarət etməkdir: "Sizə bildiririk ki, komitə bu vəziyyəti araşdırılır".

Bildirilib ki, “Dövlət qulluğu haqqında” qanuna əsasən, Özbəkistanın qanunlarında və ölkə prezidentinin qərarlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, vəzifəli şəxslərə müəllimlik, elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla digər haqqı ödənilən fəaliyyətlə məşğul olmaq qadağandır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”