04 iyul 2024 09:05
153

Ukrayna: Rusiya raketlərin, bombaların və pilotsuz təyyarələrin 97%-i isə mülki infrastruktura zərər vurub

Rusiya raketlərinin, dronlarının və idarə olunan bombalarının yalnız 3%-i Ukraynadakı hərbi hədəfləri vurub, 97%-i isə mülki infrastruktura zərər vurub.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın ATƏT-dəki nümayəndə heyətinin bəyanatında deyilir.

Ukraynanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin birinci katibi Danilo Kubayın Təhlükəsizlik Əməkdaşlığı Forumunun iclası zamanı səsləndirdiyi bəyanatda bildirilib: "1980-ci illərin sonunda Əfqanıstanda 15 min hərbçi itkisi Sovet rəhbərliyini öz məğlubiyyətini etiraf etməyə və sovet qoşunlarını ölkədən çıxarmağa vadar etdi, bununla da 10 illik müharibə başa çatdı. Müqayisə üçün qeyd edək ki, təkcə ötən ilin iyununda Rusiya silahlı qüvvələri 100 mindən çox itki verib, Ukraynada 33 min əsgər. Lakin sovet liderlərinin varisi hesab edilən Kreml rejimi müharibənin davam etməli olduğuna əmindir”.

O, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü bərpa etməkdə qərarlı olduğunu vurğulayıb: "Təəssüf ki, Rusiyanın bütün sülh təşəbbüslərinə yeganə cavabı müharibəni davam etdirməkdir".

Məhərrəm Ağalaroğlu, “İki sahil”