04 iyul 2024 09:17
156

Çexiyanın Ukraynaya hərbi yardımı təxminən 290 milyon dollara çatıb

Müharibə başlayandan bəri Çexiya Ukraynaya 288 milyon ABŞ dolları dəyərində müxtəlif hərbi yardım göstərib.

“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” Çexiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, mayın sonuna olan məlumata görə, Çexiya öz anbarlarından Ukraynaya 94 860 artilleriya mərmisi təhvil verib, onlardan 10 mini bu il çatdırılıb; səkkiz təyyarə (ikisi bu il), 62 tank, 131 zirehli transportyor, 26 kimyəvi kəşfiyyat maşını, 16 hava hücumundan müdafiə maşını, 13 silah, 12 reaktiv yaylım atəşi sistemi, o cümlədən çoxlu odlu silah və sursat.

Bundan əlavə, Çexiya müttəfiqləri ilə birlikdə Ukraynanı silah və hərbi texnika, o cümlədən bir milyon artilleriya mərmisi ilə təmin etmək üçün bir neçə çoxtərəfli təşəbbüslər irəli sürüb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”