04 iyul 2024 09:36
150

Lukaşenko ABŞ xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

Belarus Prezidenti: “Sizi ürəkdən Belarusa dəvət edirik”

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ xalqını Müstəqillik Günü münasibətilə təbrik edərək qeyd edib ki, Minsk həmişə bu ölkə ilə konstruktiv təmasların vacibliyindən çıxış edib.

“İki sahil” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Belarus lideri vurğulayıb: "Belarus həmişə Amerika Birləşmiş Ştatları ilə konstruktiv təmasların vacibliyindən çıxış edib və belə əlaqələrin hökm sürdüyü tarix dövrü onların iki dövlət üçün danılmaz faydalarını nümayiş etdirib".

Lukaşenko qeyd edib ki, Belarus nasizmə qarşı mübarizədə, ölkənin müharibədən sonrakı bərpasında və Ukrayna Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında bəşəri və ürəkdən kömək edən sadə amerikalıların səylərini “təqdir edir”: "Siyasi stereotiplərə baxmayaraq, biz sizi üfüqdən kənara baxmağa, Belarus haqqında şəxsi təəssüratınızı formalaşdırmağa və onun nailiyyətlərini qiymətləndirməyə dəvət edirik".

Lukaşenko Birləşmiş Ştatların xalqına buludsuz səma və bütün xoşməramlı insanlarla dinc yanaşı yaşamanın müdrikliyi arzulayıb: “Sizi ürəkdən Belarusa dəvət edirik”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”