04 iyul 2024 10:21
147

Belarus ŞƏT-in tamhüquqlu üzvü olub

Belarus Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü olub.

“İki sahil” xəbər verir ki, sənədin imzalanması mərasimi ŞƏT Dövlət Başçıları Şurasının iclasının keçirildiyi Astanada Müstəqillik Sarayında baş tutub.

Beləliklə, Belarus ŞƏT-in tamhüquqlu, onuncu üzvünə çevrilib. Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan təşkilatda oxşar statusa malikdir.