04 iyul 2024 10:45
155

İŞİD-ə qarşı əməliyyat keçirilib, 18 nəfər həbs olunub

Türkiyənin İzmir, Rize, İstanbul, Tokat və Koceli şəhərlərində İŞİD terror qruplaşmasına qarşı eyni vaxtda beş əməliyyat keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində 30 şübhəlidən 29-u saxlanılıb.

Saxlanılardan 18-si isə məhkəmənin qərarı ilə həbs olunub.

Ünvanlarda həyata keçirilən axtarış tədbirləri nəticəsində 36 kitab, 3 qeyd dəftəri, 1 tapanca, 1 ov tüfəngi və çoxlu sayda elektronik vasitə ələ keçirilib.