16 iyul 2024 15:22
321

Sabahdan hərbi bileti olmayanların xaricə çıxışı qadağan ediləcək

Ukraynada sərhədi keçmək üçün iyulun 17-dən etibarən 18-60 yaş arası kişilərin hərbi bileti olmalıdır. 

“İki sahil” RBK-Ukraynaya istinadən xəbər verir ki, bunu Ukrayna Dövlət Sərhəd Xidmətinin spikeri Andrey Demçenko bildirib.

“Bu gecə vətəndaşlar Ukraynanı tərk edərkən, 18 yaşdan 60 yaşa qədər olan kişilərin hərbi qeydiyyat sənədlərinin olub olmadığı yoxlanılacaq” deyə o, vurğulayıb.