Türkiyənin 17 vilayətdə İŞİD terror təşkilatına qarşı son 5 gündür davam edən "Gürz-9" əməliyyatlarında 65 şübhəli saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə qardaş ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında məlumat verib.
Qeyd edilib ki, əməliyyatlar Təhlükəsizlik Ümumi Müdirliyi Kəşfiyyat Müdirliyi və Terrorla Mübarizə Şöbəsinin koordinasiyasında Vilayət Təhlükəsizlik Müdirlikləri tərəfindən Adana, Afyonkarahisar, Ankara, Balıkəsir, Bingöl, Bolu, Hatay, İstanbul, Kırıkkale, Kilis, Konya, Malatya, Mersin, Muğla, Sakarya, Sivas və Şanlıurfada təşkil edilib.
1️⃣7️⃣ ilde DEAŞ Terör Örgütüne yönelik son 5️⃣ gündür devam eden “GÜRZ-9” operasyonlarında 6️⃣5️⃣ şüpheli yakalandı❗
— Ali Yerlikaya (@AliYerlikaya) August 23, 2024
Aziz Milletimizin Bilmesini İsterim ki;
Son terörist etkisiz hale getirilinceye kadar sizlerin duası ve desteği ile durmadan, duraksamadan mücadele edeceğiz❗️… pic.twitter.com/8kav8cMxE9
Məhərrəm Ağalaroğlu, “İki sahil”