06 sentyabr 2024 13:50
222

ABŞ və Avropa Kiyevlə birlikdə S-300 sistemlərinin əvəzedicisini hazırlayır

Pentaqon rəhbəri Lloyd Ostin Almaniyadakı Amerikanın Ramşteyn aviabazasında Ukrayna üzrə təmas qrupunun iclasında bildirib ki, ABŞ Avropa şirkətlərinin köməyi ilə Kiyevlə birlikdə S-300 sistemlərinin və R-27 raketlərinin əvəzedicisini hazırlayır.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bundan əlavə, o qeyd edib ki, avropalı tərəfdaşlarla birlikdə Ukrayna Silahlı Qüvvələri üçün R-27 hava-hava raketinin əvəzedicisi hazırlanır.

Ostin daha əvvəl demişdi ki, sentyabrın 6-da ABŞ hakimiyyəti Ukraynaya 250 milyon dollarlıq hərbi yardım paketini elan edəcək.