06 sentyabr 2024 15:16
218

Rusiya və onun vətəndaşlarına ABŞ-ın təzyiqləri qəbuledilməzdir - Peskov

Prezidentin mətbuat katibi Dmitri Peskov hesab edir ki, ABŞ hakimiyyətinin təkcə Rusiyaya deyil, həm də onun vətəndaşlarına qarşı tətbiq etdiyi sanksiyalar və məhdudlaşdırıcı tədbirlər Rusiyanın maraqlarını boğmaq cəhdidir və Moskva bunu qətiyyətlə pisləyir.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Jurnalistlər Dmitri Peskovdan Amerika hakimiyyətinin Rusiya vətəndaşlarına və fəaliyyəti Rusiya ilə əlaqəli şəxslərə qarşı tətbiq etdiyi son sanksiyaları şərh etməyi xahiş ediblər. “Vaşinqton Rusiyaya, Rusiya vətəndaşlarına təzyiq göstərməyə davam edir. Hətta Rusiya mediasına təzyiq etməkdə davam edir. Biz bu xətti qətiyyətlə pisləyir və qəbuledilməz hesab edirik. Amma biz mövcud olduğumuz reallığın fərqindəyik və öz maraqlarımıza uyğun hərəkət edirik”, - deyə Dmitri Peskov cavab verib.

Qeyd edək ki, sentyabrın 5-də ABŞ Ədliyyə Departamenti altı Rusiya vətəndaşını Ukrayna və NATO ölkələrinin resurslarına kiberhücumlar etməkdə ittiham edib.