13 sentyabr 2024 17:00
182

Azad olunmuş ərazilərdə də ekoloji layihələrin icrası nəzərdə tutulur- Agentlik rəhbəri

İşğaldan azad olunmuş ərazilərdə də ekoloji layihələrin icrası nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyi İdarə Heyətinin sədri Mirsalam Qənbərov jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki həmin ərazilərin hələki sıx yaşayış ərazisində çevrilməməsi layihələrin həyata keçirilməsini asanlaşdırır:

"İşğaldan azad olunmuş ərazilərdə keçirilmiş ekoloji terror aktlarının verdiyi zərərləri nəzərə alaraq həmin ərazilərdə arzulanan bütün ekoloji məsələlər həyata keçirilən layihələrin tərkib hissəsindədir.

Bakının 25 faizi yaşıllıqdırsa, işğaldan azad olunmuş ərazilərin 50 faizdən çox hissəsi yaşıllıqla örtülüb. Həmin ərazilərdə hələ ki yaşayışın olmaması yeni yaşayış massivlərinin salınması üzrə layihələrdə arzuolanan məsələlərin həllini asanlaşdırır".