24 sentyabr 2024 13:43
85

Türkiyənin Taxıl Şurasının baş direktoru: Qiymətlər sabitləşməyə başlayıb

Dünyada buğda qiymətləri sabitləşməyə başlayıb.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Taxıl Şurasının baş direktoru Əhməd Gürdal Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) təşkilatçılığı ilə Bakıda keçirilən "Yaşıl maliyyə" konfransında bildirib.

Bununla belə, onun sözlərinə görə, dünyada qida təhlükəsizliyi sahəsində hər gün yeni problemlə qarşılaşmaq mümkündür:"2020-ci ildə quraqlıq, sonra koranovirus pandemiyasının yayılması, ardınca Rusiya-Ukrayna müharibəsi qida sektorunu, xüsusilə taxıl istehsalını dəyişkən bir mərhələyə keçirib. Əgər 2 il əvvəl buğdanın 1 tonunun qiyməti 200 ABŞ dolları idisə, bu gün 400 ABŞ dollarından çoxdur. Lakin son vaxtlar qiymətlər sabitləşməyə başlayıb. Dünyada buğda ilə bağlı çətinliklər yarananda əksər ölkələr təhlükəsizliklərini düşünərək lazımi tədbirlər görüblər. Biz də tədarükümüzü etdik. Quraqlıq illərindən sonra son 2 ildə kənd təsərrüfatı məhsullarında məhsuldarlıq müşahidə edilir. Hazırda bərəkətli bir dövrdür. Bu dövrdə tədarüklə bağlı tədbirlər görməliyik".