24 sentyabr 2024 17:10
78

Yeni BMT-yə ehtiyac var - Numan Kurtulmuş

BMT dünyadakı gərginliyin azalması istiqamətində heç bir işə yaramır.

“İki sahil” xəbər verir ki, bunu Rusiyada səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Rusiya Xarici İşlər Nazirliyindəki diplomatiya akademiyasında çıxışı zamanı deyib.

O bildirib ki, dünyanın müxtəlif regionlarında baş verən hadisələr belə düşünməyə əsas verir.

N.Kurtulmuş söyləyib ki, yeni beynəlxalq sistemə ehtiyac var: “Hazırkı sistem problemləri həll etmək imkanına malik deyil. Artıq yeni BMT-yə ehtiyac var”.