24 sentyabr 2024 16:50
85

Gürcüstan Prezidentinin yaratdığı QHT seçkilərə müdaxilə etməkdə ittiham olunur

Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu (KQMB) iki qeyri-hökumət təşkilatını (QHT) hazırda ölkədə davam edən seçki kampaniyasına qeyri-qanuni müdaxilədə ittiham edib.

“İki sahil” xəbər verir ki, Gürcüstan KQMB məlumat yayıb.

Bildirilib ki, hər iki qurum və onların rəhbərləri qanunun tələblərini pozaraq seçki kampaniyasında fəal iştirak edir, müxalifəti dəstəkləyir, ictimaiyyətlə görüşlər keçirir.

Qeyd edək ki, "Transparency International Georgia" və Prezident Salome Zurabişvilinin yaratdığı “Avropanı seçin” təşkilatları qeyri-qanuni olaraq seçki kampaniyasında iştirak etdikləri üçün “elan olunmuş seçki məqsədi daşıyan subyektlər” siyahısına daxil ediliblər. Onlara “Vətəndaşların siyasi birlikləri haqqında” Qanunun tələbləri şamil edilməlidir.

İndi həmin QHT-lərdən beş gün ərzində maliyyə hesabatlarını və bank rekvizitlərini müvafiq strukturlara təqdim etmələri tələb olunur.