24 sentyabr 2024 14:01
86

Nazir: Türkiyə xalqın təhlükəsizliyinə təhdid yaradan ünsürlərlə mübarizədən çəkinməyəcək

Türkiyə xalqın təhlükəsizliyinə təhdid yaradan ünsürlərə qarşı mübarizədən çəkinməyəcək.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Konyada çıxışı zamanı deyib.

O bildirib ki, bunun üçün müxtəlif istiqamətlərdə işlər görülür, islahatlar aparılır.

Y.Tunç bu yöndə görülən əsas işlərdən biri kimi ölkədə hüquq üzrə təhsilin keyfiyyətinin gücləndirildiyini qeyd edib.