24 sentyabr 2024 17:29
81

İsrail Beyruta yenidən zərbə endirib

İsrail Silahlı Qüvvələri Livanın paytaxtına hədəfli zərbə endirib.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun məlumatında bildirilib.

Qeyd edilib ki, İsrail Beyruta hədəfli zərbə endirib.

“The Times of Israel” Livan KİV-ə istinadən xəbər verir ki, zərbə Livanın paytaxtına deyil, onun “Hizbullah”ın əsas dayağı sayılan cənubətrafı Dahiyaya düşüb.