Dağıstanda yanacaqdoldurma məntəqəsində partlayış zamanı ölənlərin sayı 10-a çatıb

28 sentyabr 2024 10:35
143

Dağıstanda yanacaqdoldurma məntəqəsində partlayış zamanı ölənlərin sayı 10-a çatıb. Qəza Qarabudaxkənd rayonunun Yeni Xuşet kəndində magistral yolda baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dağıntılar altından daha bir ölü çıxarıblar. Məlumata görə, 21 nəfər xəsarət alıb, 10 nəfər, o cümlədən, iki uşaq həlak olub. Səkkiz yaralı xəstəxanaya yerləşdirilib", - Nazirliyin "Telegram" kanalında bildirilib.

Partlayış nəticəsində yanacaqdoldurma məntəqəsi tamamilə dağılıb. Bir neçə avtomobilə və yaxınlıqdakı elektrik enerjisi obyektlərinə ziyan dəyib, nəticədə yaxın rayonlar elektriksiz qalıb. Hadisə yerinə gedən yol bağlanıb.

Qeyd edək ki, Dağıstan Respublikasının dövlət rəhbəri Sergey Melikov bu günün Qarabudaxkənd rayonundakı yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışın qurbanlarının xatirəsinə matəm günü elan edilməsi ilə bağlı sərəncam imzalayıb.