28 sentyabr 2024 11:47
79

Ermənistanla Fələstin arasında diplomatik münasibətlərin qurulmasına dair sənəd imzalanıb

Ermənistanla Fələstin dövləti arasında diplomatik münasibətlər qurulub.

“İki sahil”in “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bununla bağlı kommunike BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu Sessiyası çərçivəsində imzalanıb. Sözü gedən sənədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla fələstinli həmkarı Məhəmməd Mustafa imza atıblar.