28 sentyabr 2024 11:50
76

Türkiyədə iki mindən çox qaçaq silah ələ keçirilib

Türkiyənin 81 əyalətində silah qaçaqmalçılığı və sənədsiz silah gəzdirməyə qarşı “Mercek-26” adı altında keçirilən əməliyyat nəticəsində iki min 511 silah götürülüb, 2 min 310 şübhəli barəsində istintaq başlayıb.

“İki sahil” xəbər verir ki, “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə səhifəsində bildirib. Onun sözlərinə görə, əməliyyatlar nəticəsində 1271-i sənədsiz tapança, 534-ü boş tapança, 43-ü uzun lüləli, 663-ü sənədsiz ov tüfəngi olmaqla iki min 511 silah ələ keçirilib, 2 min 310 şübhəli ilə bağlı araşdırma aparılır.

Nazir bildirib ki, bu istiqamətdə əməliyyat davam edir.