05 oktyabr 2024 13:33
107

Gimnastımız finala vəsiqə qazanıb

Azərbaycanın idman gimnastı Nazənin Teymurova Macarıstanın Sombatxey şəhərində davam edən “Challenge” seriyasına aid Dünya Kubokunda dayaqlı tullanma proqramı üzrə uğurlu nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb. Qeyd edək ki, yarış 4-6 oktyabr tarixlərində keçiriləcək.