05 oktyabr 2024 16:51
97

İranda İŞİD terror qruplaşmasının 3 üzvü saxlanılıb

İranın şimalında yerləşən Növşəhr şəhərində terror aktının qarşısı alınıb.

“İki sahil” İran KİV-inə istinadən xəbər verir ki, bu barədə şəhərin polis rəisi, polkovnik Əli Əkbər Dərvişi bildirib. Qeyd olunub ki, terror aktı törətməyə hazırlaşan İŞİD terror qruplaşmasının 3 üzvü saxlanılıb.