01 noyabr 2024 15:30
66

31 il əvvəl itkin düşmüş Ağdam sakini dəfn edilib

31 il əvvəl itkin düşmüş hesab edilən və şəxsiyyəti dəqiqləşdirilmiş mülki şəhid Səfərov Cahangir Səfəralı oğlunun nəşinin qalıqları Ağdam rayonunda dəfn olunub.

“İki sahil” xəbər verir ki, Quzanlı qəsəbəsindəki Şəhidlər Xiyabanında keçirilən vida mərasimində rayon sakinləri, rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk öncə şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla anıblar daha sonra Azərbaycan Respublikasının Himni səsləndirilib.

Vida mərasimindən sonra Cahangir Səfərovun nəşi yaylım atəşi altında torpağa tapşırılıb.

Qeyd edək ki, Səfərov Cahangir Səfəralı oğlu 1942-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. 1993-cü il iyunun 12-də Ermənistan silahlı bölmələri tərəfindın Yusifcanlı kəndinin birinci dəfə işğalı zamanı itkin düşüb. Onun nəşinin qalıqları Xankəndi şəhəri ərazisində aşkar edilib.