“Neftçi Arena”da “Neftçi” PFK-nın U-19, U-17, U-16, U-15 və qızlardan ibarət U-17 komandalarının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.
“İki sahil” xəbər verir ki, “Neftçi” Futbol Akademiyasının direktoru Cemal Bülbül, koordinatorlar Elşad Əhmədov və Sənan Qurbanovun rəhbərliyi altında təşkil olunan tədbirdə paytaxt təmsilçisinin üzvlərinə oyun qaydaları və danışılmış oyunlara qarşı mübarizə barədə məlumatlar verilib.
Bundan başqa, irqçiliyə qarşı mübarizə və antidopinq qaydalarından da bəhs edilib.