Türkiyə Superliqasında "Fənərbağça" lider "Qalatasaray"la arasındakı xal fərqini azaldıb.
“İki sahil” xəbər verir ki, ölkə çempionatının XIV turunda doğma meydanda "Qaziantepspor"u qəbul edən "sarı lacıvərdlilər" 3:1 hesablı qələbə qazanıb.
Digər İstanbul təmsilçisi "Beşiktaş" isə səfərdə "Hatayspor"la heç-heçəyə razılaşıb - 1:1.
Qeyd edək ki, ötən gün turnir cədvəlinin vahid lideri "Qalatasaray" "Eyüpspor"la 2:2 bərabərə qalaraq xallarının sayını 35-ə çatdırıb. "Fənərbağça" 32 xalla ikinci, "Beşiktaş" isə 22 xalla beşinci sırada qərarlaşıb.