Berlinin Şarlottenburq rayonunda naməlum şəxs küçədə insanlara bıçaqla xəsarətlər yetirib.
“İki sahil” “Spiegel” qəzetinə istinadla xəbər verir ki, həmin şəxsin küçədə qarşısına çıxan insanlara bıçaqlı hücumu nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Lakin yoldan keçən bir neçə nəfər onun hücumunun qarşısını ala bilib.
Hücum nəticəsində xəsarət alan şəxslərdən ikisi xəstəxanaya aparılıb.
Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Faktla bağlı araşdırma aparılır.