Fransa, Almaniya, Polşa Avropa İttifaqının qərarına əsasən, Gürcüstanın diplomatik və xidməti pasportlarına malik olan şəxslərin ölkəyə vizasız girişinə qadağa tətbiq etmək niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə Veymar üçbucağının xarici işlər nazirlərinin birgə bəyanatında bildirilir.
Nazirlər, həmçinin Gürcüstan hakimiyyətinə qarşı həm Aİ səviyyəsində, həm də bu ölkələr çərçivəsində digər tədbirlərin tətbiqini nəzərdən keçirməyi planlaşdırırlar.
Qeyd edək ki, dekabrın 20-də Avropa Komissiyası (AK) Gürcüstan rəsmiləri və diplomatları üçün vizasız rejimin dayandırılmasını rəsmən təklif edib.