"Biz Misirin Qəzzanı müvəqqəti idarə edəcək İctimai Dəstək Komitəsinin yaradılması təklifinə müsbət cavab verdik. Bununla əlaqədar biz bir sıra Fələstin fraksiyalarının nümayəndələri ilə birlikdə bu quruma üzv olmaq üçün namizədlərin siyahısını formalaşdırdıq və Misirə təqdim etdik”
“İki sahil” xəbər verir ki, bu fikirlər Fələstinin HƏMAS hərəkatının “Telegram” kanalında dərc olunmuş məlumatda qeyd edilib.
Bildirilib ki, siyahıya daxil olanların hər biri, hərəkat nümayəndələrinin fikrincə, lazımi peşəkar səriştələrə malikdir və mənşəyinə dair tələblərə cavab verir”.
Xatırladaq ki, ötən il noyabrın 25-də Misirin xarici işlər naziri Bədr Əbdül Atti müharibədən sonrakı Qəzza idarəetmə komitəsinə Fələstin anklavından heç bir siyasi fraksiyaya aid olmayan 10-15 nəfərin daxil olacağını açıqlamışdı. O, həmçinin bildirmişdi ki, İctimai Dəstək Komitəsi keçid dövrü üçün anklav sakinlərinin aktual məsələləri, xüsusən də humanitar yardımın çatdırılması və paylanması ilə məşğul olacaq. Bundan sonra Qəzza Fələstin Milli Administrasiyasının (PNA) nəzarətinə qayıtmalı olacaq.
Məhərrəm Ağalaroğlu, “İki sahil”