Suriyanın Mülki Müdafiə qrupları və Hələb polis qüvvələri Hələbin Nakkarin kəndində yeni kütləvi məzarlıq aşkarlayıb.
“İki sahil” xəbər verir ki, kütləvi məzarlıqda devrilmiş rejim tərəfindən öldürülən mülki şəxslərə aid olduğu düşünülən cəsədlərin qalıqları aşkar edilib.
Suriya Xəbər Agentliyi (SANA) dekabrın 29-da Homs vilayətinin Hola bölgəsi yaxınlığında devrilmiş Əsəd rejimi tərəfindən öldürülən mülki şəxslərə aid olduğu güman edilən kütləvi məzarlığın tapıldığını açıqlayıb.
Suriyada hələ də üstü açılmayan çoxlu sayda kütləvi məzarlıq olduğu düşünülür.
Məqsəd kütləvi məzarlıqlarda tapılan meyitlərin eksqumasiyası, onların şəxsiyyətinin müəyyən edilməsi və itkin düşmüş şəxslərin taleyinin üzə çıxarılmasıdır.
Məhərrəm Ağalaroğlu, “İki sahil”