Suriyanın şimalında şəxsiyyəti müəyyən edilən 32 PKK/YPG terrorçusu, İraqın şimalında isə 4 PKK terrorçusu zərərsizləşdirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Ölkə daxilində və sərhədləri aşaraq terrorla mübarizə qətiyyətlə davam edir: "Terrorçular onları gözləyən sondan qaça bilməz və qaça bilməyəcəklər! Harada olurlarsa olsunlar terror təşkilatlarına qarşı mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək!".
Məhərrəm Ağalaroğlu, “İki sahil”