İordan çayının qərb sahilində terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 19 nəfər saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Bütün saxlanılanlar əlavə araşdırmalar üçün İsrail təhlükəsizlik xidmətlərinə təhvil verilib.
Vurğulanıb ki, gecə reydlərində sərhəd polisi və kəşfiyyat agentlikləri də iştirak edib. Eyni zamanda Mitlon kəndində təhlükəsizlik qüvvələri silahlı terrorçunu zərərsizləşdirib və partlayıcı laboratoriyanı məhv edib. Reydlər zamanı İsrail tərəfdən heç kim xəsarət almayıb.