05 yanvar 2025 20:21
123

Ukrayna ötən il 1358 vətəndaşını əsirlikdən azad edib

2024-cü ildə Ukrayna 11 mübadilə həyata keçirib və 1358 vətəndaşını Rusiya əsirliyindən azad edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

İdarənin rəisi Kirill Budanov deyib: “Ötən il çətin olsa da, bizim üçün məhsuldar keçdi. Əvvəlki illə müqayisədə 2024-cü ildə Ukraynaya 356 nəfər daha çox vətəndaşımızı geri qaytarmaq mümkün oldu”.