“Moskvanın təbliğat iddiasına baxmayaraq, Rusiyaya qarşı sanksiyalar öz işini görür. Ancaq onları daha da təsirli etmək lazımdır”.
“İki sahil” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.
Nazir sanksiyaların effektivliyini hansı sahələrdə gücləndirmək lazım olduğunu açıqlayıb:
“Biz onları daha səmərəli etməliyik. Boşluqları bağlamaq və bir çox sahələrdə təzyiqi artırmaq lazımdır. Xüsusən də kölgə donanması, metallurgiya, LNG, dondurulmuş aktivlər, nüvə enerjisi, hərbi sənaye, informasiya texnologiyaları sahəsində”.