13 yanvar 2025 17:16
128

Qırğızıstan parlamentinin sədri soyadını dəyişib

Qırğızıstan parlamentinin spikeri Nurlanbek Şakiyev daha çox qırğızca səslənsin deyə soyadını Nurlanbek Turqunbek uulu qoyub”.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, o, bu haqda öz sosial şəbəkə hesabında yazıb. 

Spiker qeyd edib ki, soyadını dəyişmək onun çoxdankı arzusu olub. O, qloballaşma dövründə, o cümlədən linqvistik aspektdə milli kimliyin qorunub saxlanmasının vacibliyindən danışıb.

Siyasətçi soyadını dəyişdirməklə atası Turğunbekin adını əsas götürüb. Qırğız antroponimiyasına görə “uulu” “oğul” deməkdir. Siyasətçi babasının adının unudulmayacağını, qardaş və bacılarının Şakiyevlər olaraq qalacağını qeyd edib.

Qırğızıstan parlamentinin spikeri dekabrın sonunda soyadını dəyişmək niyyətində olduğunu açıqlaməşdı. O, bu qərarı parlamentdə Qırğızıstan vətəndaşlarının öz soyadını seçmək imkanlarını genişləndirən qanun layihəsinə baxılması fonunda verib. Layihə birinci oxunuşda qəbul edilib.