Kaliforniyada yanğınlarla əlaqədar polis təxliyənin həyata keçirildiyi ərazilərdə ən azı 68 nəfəri saxlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə “ABC News” telekanalı polisin məlumatına istinadla xəbər verib.
Onlardan 29 nəfəri Los-Anceles dairəsində, 39 nəfəri isə Santa-Monikada saxlanılıb. Həmin şəxslərdən 10-u oğurluqda şübhəli bilinir.
Daha əvvəl verilən məlumata görə, talançılıq hallarının artması fonunda polis əməkdaşları yanğından zərər çəkmiş ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndiriblər.