16 yanvar 2025 16:37
90

Bolqarıstan parlamenti yeni hökuməti təsdiqləyib

Bolqarıstan Milli Assambleyası Rosen Jelyazkovun rəhbərlik etdiyi "Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda - Demokratik Qüvvələr Birliyi" koalisiya hökumətini təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bununla bağlı BTA agentliyi məlumat yayıb. Bildirilib ki, Dimitar Qlavçevin rəhbərlik etdiyi müvəqqəti kabineti əvəz edən yeni hökuməti 125 deputat dəstəkləyib, 114 nəfər əleyhinə səs verib.

Qeyd edək ki, səsvermə zamanı bitərəf qalan olmayıb.