21 yanvar 2025 11:01
82

Tramp Kubanı növbəti dəfə terrorizmə sponsorluq edən dövlətlər siyahısına əlavə edib

ABŞ prezidenti Donald Tramp Kubanı yenidən terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil edib.

“İki sahil” xəbər verir ki,  bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Onun sələfi Co Bayden yanvarın 14-də ölkəni siyahıdan çıxarıb. Onun fərmanı cəmi bir həftə qüvvədə olub.

Birləşmiş Ştatlar 1961-ci ildə adadakı Amerika mülkiyyətinin milliləşdirilməsindən sonra Kuba ilə diplomatik əlaqələri kəsib. 2014-cü ildə ABŞ prezidenti Barak Obama Kuba ilə münasibətlərin normallaşmağa başladığını elan edib. 2015-ci ildə onun administrasiyası Kubanı terrorizmə sponsorluq edən dövlətlər siyahısından çıxarıb. Tramp ölkəni 2017-ci ildə siyahıya qaytarıb.