Çin 2025-ci ildə Rusiya ilə münasibətləri yeni səviyyəyə qaldırmaq niyyətindədir.
“İki sahil” Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, bunu Çin Sədri Si Cinpin rusiyalı həmkarı Vladimir Putinlə videokonfrans zamanı deyib.
“Yeni ildə sizinlə Rusiya-Çin münasibətlərini yeni zirvəyə çatdırmaq, münasibətlərimizdəki sabitliyi və stressə davamlılığı qorumaqla xarici qeyri-müəyyənliyə müqavimət göstərmək üçün işləməyə hazıram”, - o qeyd edib.