Fransa hələ də qəbul etmir ki, əlində olan torpaqlar onun deyil, müstəmləkədir.
“İki sahil” xəbər verir ki, bu barədə bu gün Fransanın “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru, Parisin “La Gazette du Caucase” internet-qəzetinin baş redaktoru Jan Mişel Brün Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, Fransa müstəmləkəsi assimilasiya siyasəti ilə xarakterizə olunur.
“Fransa müstəmləkə ərazilərinə öz mədəniyyətini, tarixini yeridir. Reyunyonda isə assimilasiya xüsusi forma aldı. Orada əvvəllər etnik xalqların sayı çox idi. Amma orada bütün bu etnik mədəniyyətləri boğmağa çalışırdılar ki, yalnız Fransa mədəniyyəti olsun. Bu isə Reyunyon üçün ölümcül nəticələr doğurdu.
Bu gün bizim danışdıqlarımız lazımi yerlərə çatmalıdır ki, nəticə əldə edə bilək”,- deyə o bildirib.