Trampın açıqlamalarında sonra Panama Çin liman operatoru ilə bağlı araşdırmaya başladığını elan edib.
“İki sahil” "Bloomberq"ə istinadla xəbər verir ki, ölkə hakimiyyəti Panama kanalına bitişik iki limana nəzarət edən Honq-Konq şirkəti ilə bağlı araşdırmaya başlayıb.
Təhqiqat ABŞ Prezidenti Donald Trampın Panamanın Çinin kanalın idarə olunmasına müdaxiləsinə icazə verdiyi və Panama səlahiyyətliləri tədbir görməyəcəyi təqdirdə ABŞ-ın kanala nəzarəti geri alacağı ilə bağlı şərhindən sonra aparılır.
Bazar ertəsi Panama prokurorları Honq-Konqda yerləşən CK Hutchison Holdings Ltd-nin törəmə şirkəti olan Panama Ports Co.-nun yerli ofislərinə auditorlar qrupu göndərib. Prokurorluğun bəyanatında deyilir ki, auditorlar dövlət resurslarından səmərəli və şəffaf istifadəni təmin etmək üçün hərtərəfli yoxlama aparacaqlar.