Avropa İttifaqı ABŞ ilə əməkdaşlığa çalışacaq, eyni zamanda öz dəyərlərini müdafiə edəcək.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Davosda deyib.
“Biz ABŞ-la sıx əməkdaşlıq etməliyik. Lakin biz dəyişməz dəyərlərimizi qorumaq üçün bütün vasitələrdən istifadə etməyə hazırıq”, - deyə, TASS onun sözlərini sitat gətirib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Aİ ölkələrini ABŞ-dan daha çox neft və qaz almadıqları təqdirdə ticarət tarifləri ilə hədələmişdi.