Rusiyaya məxsus Ka-52M helikopteri Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna ordusunun mövqelərinə, meşəlik ərazidə gizlənmiş Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinə, eləcə də zirehli texnikaya raket zərbələri endirib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Kəşfiyyat məlumatlarına görə, Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi texnikası məhv edilib. Hücum helikopterinin ekipajı sağ-salamat uçuş aerodromuna qayıdıb”, - deyə, məumatfa bildirilib.