Ukraynayönlü respublikaçı konqresmenlər Maykl Makkol və Mayk Törner ABŞ Konqresinin komitələrindəki rəhbər vəzifələrindən istefa veriblər.
“İki sahil” xəbər verir ki, bu haqda “Washington Examiner” nəşri məlumat yayıb.
Nəşrin yazdığı kimi, Respublikaçılar Partiyası komitələri yenidən formalaşdırır.
“Onun Nümayəndələr Palatasındakı ukraynayönlü fraksiyasına bir sıra ağrılı zərbələr dəyib”, - deyə, nəşr yazır.
Məqalədə vurğulanır ki, Makkoul və Turner Ukraynaya son yardım paketinin əleyhinə səs verən konqresmenlər Brayan Mast və Rik Kroufordla əvəzlənib.