Ermənistan regionda bütün kommunikasiyaları açmağa hazırdır.
“İki sahil” erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.
Onun sözlərinə görə, İrəvan Moskva ilə dialoqu davam etdirmək niyyətindədir və Rusiya Federasiyasının beynəlxalq platformalarda Ermənistanın maraqlarını müəyyən dərəcədə nəzərə alacağına ümid edir.