21 yanvar 2025 17:40
123

Ukrayna bu il Aİ-dən 30,6 milyard avro almağa ümid edir

Ukrayna bu il Avropa İttifaqından (Aİ) 30,6 milyard avro büdcə dəstəyi cəlb etməyi planlaşdırır.

"İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.

"2022-ci ilin fevralından etibarən Aİ birbaşa büdcə yardımının ən böyük donorudur. Bu dövr ərzində büdcənin prioritet xərclərinin maliyyələşdirilməsi üçün təşkilata üzv ölkələrdən 45 milyard avro cəlb edilib. 2024-cü ildə Aİ-nin büdcə yardımı bütün xarici daxilolmaların 40 %-dən çoxunu - 16,1 milyard avro təşkil edib. Bu yardıma qrant şəklində 3 milyard avro daxildir. Qalan məbləğ güzəştli kreditlərdən ibarətdir", - məlumada qeyd edilib.