Bizə aydınlıq və sabitlik lazımdır. Bu, xüsusilə sülh və təhlükəsizlik məsələlərində özünü göstərir”.
“İki sahil” xəbər verir ki, bu fikri Almaniyanın Kansleri Olaf Şolts Davos Dünya İqtisadi Forumunda çıxışında deyib.
Beynəlxalq nizamın qorunmasının önəmini vurğulayan Kansler bildirib: “Biz beynəlxalq nizamın fundamental prinsiplərini qorumaq üçün əlimizdən gələni etməliyik və ən əsas prinsip sərhədlərin toxunulmazlığıdır. Yeri gəlmişkən, bu, həmişə və hər yerdə keçərlidir. Bu prinsipi şübhə altına alan hər kəs bütövlükdə beynəlxalq nizamı, sülh və rifahı, o cümlədən dünyanı şübhə altına alır”.