Prezident Donald Trampın göstərişi ilə qarşıdakı iki gün ərzində Meksika ilə cənub sərhədinə minlərlə əlavə ABŞ əsgəri göndəriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN televiziya şirkəti məlumat yayıb.
Hazırda sərhəddə Texas ştatının El Paso şəhərində yerləşən "Task Force North"un bir hissəsi kimi təxminən 2200 hərbçi mövcuddur.
Bundan əvvəl Prezident Tramp silahlı qüvvələrin 90 gün ərzində ABŞ daxilində hüquq-mühafizə funksiyalarını yerinə yetirməsinə icazə verən qanunvericilikdən istifadə imkanlarının nəzərdən keçirilməsi ilə bağlı sərəncam verib.